"Liverpul"un argentinalı yarımmüdafiəçisi Aleksis Mak Allister komandasının Avropa Liqasındakı çıxışından danışıb və "qırmızılar"ın Çempionlar Liqasına qayıtmasına kömək etmək istədiyini bildirib.
Fanat.Az xəbər verir ki, klubun rəsmi saytı onun dediklərini belə çatdırıb:
“İstənilən böyük komanda kimi, biz də qarşımıza yüksək məqsədlər qoymaq istəyirik. Böyük turnirdə - Avropa Liqasında və təbii ki, Premyer Liqada oynamalıyıq. Biz bu klubu Çempionlar Liqasına qaytarmağa köklənmişik. Addım-addım irəliləməyə çalışırıq və sonra gələcəkdə bizi nələr gözlədiyini görəcəyik. Ancaq təbii ki, böyük klub olan "Liverpul"dasansa, bütün kuboklar üçün mübarizə aparmağa çalışmalısan”.
"Liverpul" sentyabrın 21-də Avropa Liqasının qrup mərhələsinin ilk oyununa çıxacaq. Mersisaydlılar səfərdə Avstriyanın LASK komandası ilə üz-üzə gələcək.
Nihat