"Atletiko Madrid"in sahiblərinin komandanın baş məşqçisi Dieqo Simeonenin gələcəyi ilə bağlı qərarı bəlli olub.
Fanat.Az "El Chiringuito"ya istinadən xəbər verir ki, paytaxt klubu argentinalı məşqçi ilə müddəti 2026-cı ilə qədər nəzərdə tutulan yeni müqaviləni razılaşdırıb.
Dieqonun "Atletiko" ilə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır. Simeone 2011-ci ilin dekabrından madridlilərin baş məşqçisidir.
Argentinalının rəhbərliyi altında "Atletiko" iki dəfə İspaniya çempionu olmaqla yanaşı, ölkə kubokunu da qazanıb. Avropada isə o, iki dəfə Avropa Liqasını qazanıb, bir dəfə isə UEFA Super Kubokuna sahib çıxıb.
Mirağa