Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv 4-cü tur çərçivəsində səfərdə "Partizani" ilə qarşılaşıb.
Oyun 1:1 hesabı ilə başa çatıb. İsgəndərli matça start "11-lik"də başlayıb və 72-ci dəqiqədə əvəzlənib. O, 27-ci dəqiqədə sarı vərəqə alıb.
"Eqnatiya" hazırda 7 xalla 2-ci pillədə mövqe tutub.