Türkiyəli sabiq yarımmüdafiəçi Məsut Özilin yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, o, Türkiyə millisinin baş meneceri vəzifəsinə təyin olunmağa yaxındır.
Bu barədə Almaniya nəşri "Bild" məlumat yayıb.
Mənbənin məlumatına görə, Türkiyə Futbol Federasiyası artıq Özil ilə danışıqlar aparır. Tərəflər razılığa gəlməyə yaxındırlar.
Qeyd edək ki, Məsut Özil futbolçu olarkən Almaniya millisində çıxış edib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub. Özil bu ilin əvvəlində futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Mirağa