Lionel Messi ilə Kriştianu Ronaldu yaşıl meydanda yenidən üz-üzə gəlməyə yaxındırlar.
Fanat.Az xəbər verir ki, superulduzların milliləri - Argentina və Portuqaliya yığmalarının yoldaşlıq görüşü keçirə bilərlər.
UEFA və CONMEBOL arasındakı anlaşmaya əsasən, son dünya çempionu Argentina millisi 2024-cü ilin martında yoldaşlıq görüşü üçün Portuqaliya və İngiltərə yığmaları arasında seçim edəcək.
Qeyd edək ki, Messi ilə Ronaldu son dəfə bu ilin yanvarında qarşılaşıblar. Həmin vaxt argentinalının formasını geyindiyi PSJ-si yoldaşlıq görüşündə portuqaliyalının şərəfini qoruduğu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”i 5:4 hesabı ilə məğlub edib.