"Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Antverpen" üzərində qazanılan qələbəni (5:0) şərh edib.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
“Mən yalnız hesabdan deyil, oyunumuzdan da razıyam. Qarşılıqlı anlaşma yüksək səviyyədə idi. Bu görüş və şənbə günü keçirdiyimiz matç ("Betis"i La Liqa çərçivəsində 5 cavabsız qolla yeniblər) "Barselona"da işlədiyim müddətdə səviyyə baxımından ən yaxşılarıdır.
Yeni gələnlər ümumi səviyyəni qaldırdılar. Digər tərəfdən, komanda şəklində də "artırmışıq". Mən bu komanda ilə fəxr edirəm, amma sabitliyə nail olmalıyıq.
Ən əsası bu oyun səviyyəsini, konsentrasiyanı, həvəsi qorumaqdır. Hazırda komanda meydanda sərgilədiyi futboldan zövq alır. Keçən il mövqe hücumları baxımında problemlərimiz var idi. İndi bu baxımdan vəziyyəti düzəldə bilmişik”.
Nihat