UEFA rəsmi saytı vasitəsi ilə Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun ən yaxşı qoluna görə mükafata namizədlərin siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, fərqləndirilən qollar aşağıdakılardır:
"Atletiko Madrid"lə matçın (1:1) 90+5-ci dəqiqəsində hesabı bərabərləşdirən "Latsio"nun qapıçısı İvan Provedelin qolu.
"Antverpen"i böyük hesabla yenən (5:0) “Barselona”nın hücumçusu Joau Feliksin darmadağının əsasını qoyan qolu.
“Sevilya” ilə oyunda (1:1) hesabı bərabərləşdirən “Lans”ın yarımmüdafiəçisi Anjelo Füljininin cərimə zərbəsindən vurduğu qol.
"Kopenhagen"lə matçın (2:2) 88-ci dəqiqəsində komandasını məğlubiyyətdən qurtaran "Qalatasaray"ın cinah oyunçusu Tetenin qolu.
Nihat