“Latsio”nun qapıçısı İvan Provedel Çempionlar Liqası tarixində oyun vəziyyətindən qol vuran ikinci qapıçı olub.
Fanat.Az xəbər verir ki, o, türk qolkiper Sinan Bolatın uğurunu təkrarlayıb.
Bolat 2009-cu ildə, Belçikanın “Standard” klubunun forması ilə Niderland təmsilçisi AZ-ın qapısına oyun vəziyyətindən yol tapmışdı.
Qeyd edək ki, 2009-2019-da Türkiyə millisində 12 oyun keçirən 35 yaşlı Sinan hazırda "Vesterlo"nun uğurları üçün çalışır.
Nihat