"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem komandasının bugünkü məşqinə qatılmayıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.
Xəbərə görə, 22 yaşlı futbolçu mədəsindəki problem səbəbindən çalışmalardan kənarda qalıb. Mənbə "Kral klubu"nun həkimlərinin Cudun növbəti məşqdə iştirak edəcəyinə əmin olduqlarını vurğulayıb.
Xatırladaq ki, Bellingem "Real"a bu yay Dortmund "Borussiya"sından transfer olunub. Madrid təmsilçisi ingiltərəli ulduza görə Almaniya klubuna 103 milyon avro ödəyib.
Nihat