"Liverpul"un yarımmüdafiəçisi Rayan Qravenberx mersisaydlıların heyətində debütü ilə bağlı təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, bu ay 40 milyon avro qarşılığında "Bayern Münhen"dən transfer edilən 21 yaşlı niderlandlı yeni klubunun rəsmi saytına danışıb:
“Mənə elə gəlir ki, yaxşı oynadım, amma bəzən belə desəm, səliqəsiz idim. Bunun üzərində işləməliyəm. Diasa verdiyim məhsuldar ötürmə? Arxa tərəfdəki boşluğu sezdim, həmin anda Harvinin (Elliott - red.) topu aldığını gördüm. "Mərmi"ni mənə göndərdi və Luço ötürməmi əla dəyərləndirdi. O, başla yaxşı qol vurdu".
Qeyd edək ki, dünən "Liverpul" Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda Avstriya LASK-ını 3:1 hesabı ilə məğlub edib.
Nihat