Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu dünya futbolunda indiyədək heç bir oyunçunun reallaşdıra bilmədiyi nəticəyə imza atıb.
Fanat.Az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı portuqaliyalı tarixi rekordu 1000 məğlubiyyətsiz oyun keçirməklə müəyyənləşdirib.
O, milli və klubların heyətində 776 qələbəyə, 224 heç-heçəyə şahidlik edib. Ronaldu son olaraq üç gün öncə “Əl-Nəsr”in sıralarında Asiya Çempionlar Liqasının qrup mərhələsində oynayıb. "7 nömrə" İran təmsilçisi “Persepolis” üzərində qələbə qazandıqları (2:0) matçda meydanda olub.
Qeyd edək ki, təcrübəli forvard karyerası ərzində 1182 rəsmi matçda forma geyinib və 182 dəfə məğlubiyyət acısı dadıb.