"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola argentinalı hücumçu Xulian Alvaresin işə münasibətini şərh edib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano kataloniyalı çalışdırıcının sözlərini belə çatdırıb:
“Xulian Alvares fantastik futbolçudur. Dünya çempionu olub-olmamasından asılı olmayaraq, həmişə özünü yaxşı aparır. Oynayıb oynamamasından asılı olmayaraq, həmişə eynidir.
O, oynamayanda məyusluq dozası normal həddə olur. Lakin hər zaman şansından istifadə etməyə hazırdır. Bir sözlə, o, əla mükəmməldir”.
Qeyd edək ki, Alvares bu mövsüm 8 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa