Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 8-ci turunda “Babelsberq”lə üz-üzə gəlib.
Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Meydana start "11-lik"də çıxan Dadaşov sonadək oynayıb.
15 xalı olan “Dinamo” hazırda turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub.