Müqavilə ilə "Bayern Münhen"ə məxsus olan, cari mövsüm icarə əsasında PSV-nin formasını geyinən Malik Tillman Erediviziyanın oyununda məsuliyyətsizliyi üzündən iştirak etməyib.
Fanat.Az xəbər verir ki, məlumatı "Goal.com" yayıb.
Xəbərə görə, Tillman vaxtında oyana bilmədiyi üçün "Almere" ilə səfər oyununa yollanmayıb. Mənbə 21 yaşlı yarımmüdafiəçinin sonradan baş məşqçiyə zəng edərək oyuna gəlməyə icazə verməsini xahiş etdiyini, lakin Peter Boşun ona "yox" dediyini vurğulayıb.
Boş isə olaya belə münasibət bildirib: "Tillmanın "Almere"yə qarşı oynamasına xüsusi ehtiyac yox idi. Yaxın vaxtlarda məşqlərə qoşulacaq".
Nihat