"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino London komandasının sabiq çalışdırıcısı Tomas Tuxellə müqayisə olunmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Chelsea News" onun dediklərini belə çatdırıb:
“Tomas başqa bir layihəyə gəlmişdi. O, hazır komandanın "sükanı arxası"na keçmişdi. Biz isə klubda rəhbər dəyişikliyi olandan sonra işə başladıq. Ona görə də indi hər şey fərqlidir: hamımız eyni şeyi düşünürük, amma fərqli ideyalar və fəlsəfələr təklif edirik.
Etiraf etmək lazımdır ki, komandanın həm layihəsi, həm də ideyası var idi. İndi biz gələcək üçün vacib olan komanda qurmağa hazırlaşırıq, lakin bunun üçün vaxt lazımdır. Bir saniyədə hər şeyi məhv edə bilərsən, amma qurmaq üçün üçün kiçik addımlarla işləmək və hərəkət etmək məcburiyyətindəsən. Kənardan durum fərqli görünə bilər. Hərçənd klubun daxilində hər şey qaydasındadır. Biz güclü komanda qururuq və yavaş-yavaş istədiyimiz nəticələri əldə etməyə başlayırıq”.
Nihat