"Napoli"mim hücumçusu Viktor Osimhen İtaliya A Seriyasının 5-ci turu çərçivəsində keçirilən matçda - "Bolonya" ilə oyunda əvəzlənəndən sonra baş məşqçi Rudi Qarsiya ilə dalaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı DAZN yayıb.
Mənbə nigeriyalı forvardın Qarsiya ilə mübahisə etdiyini və ondan niyə matça iki hücumçu ilə başlamadığını soruşduğunu bildirib.
Qeyd edək ki, görüş qolsuz bərabərliklə başa çatıb. Ötən mövsüm İtaliya çempionu olan Neapol təmsilçisi hazırda A Seriyasının turnir cədvəlində 8 xalla 7-ci pillədə qərarlaşıb.
Nihat