Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Artyom Milevski xəstəxaya yerləşdirilib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 38 yaşlı veteranın spirtli içki aludəçiliyi üzündən qara ciyərində və mədəsində ciddi problem yaranıb.
Vəziyyəti ağırlaşan Milevskinin hazırda reanimasiyada olduğu bildirilib.
Qeyd edək ki, 2006-2012-ci illərdə Ukrayna millisinin heyətində 50 matça çıxan Artyom 8 qol vurub.
Nihat