La Liqanın prezidenti Xavyer Tebas mövsümün sonunda hansı komandanın İspaniya çempionu olacağı ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
“Kimin çempion olacağını demək çətindir. Mən "Real Madrid" azarkeşiyəm, amma fanatizmi çoxdan itirmişəm. İstərdim ki, çempion ən azı 90 xal toplasın. 85-90-cı illər aralığında liqa daha rəqabətli idi. Həm titulu qorumaq, həm də ən azı dördüncü olmaq üçün çox xal toplamaq lazım gəlirdi”.
Nihat