"Barselona"nın baş məşqçisi Xavi İspaniya La Liqasının 7-ci turunda "Malyorka"ya qarşı keçiridikləri oyundan (2:2) danışıb.
Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis fikirlərini klubun rəsmi saytına bölüşüb.
“Rəqibə çox boşluqlar verdik. Bizim üçün xarakterik olmayan səhvlər buraxdıq... Şanslarımız az deyildi. Məntiqlə qələbə qazanmalıydıq. Amma iki ciddi səhv bizi qələbədən etdi. İndi bizə qalan işimizin başına qayıtmaqdır. Çünki cümə günü "Sevilya" ilə daha bir oyunumuz var.
Lamin və Ferminin meydana çıxması oyunumuzda canlanma yaratdı. Hər şeyi sınadıq, amma bu dəfə olmadı... Lamin Yamal hələ çox gəncdir və onu nəzarətdə saxlamalıyıq. Yamal meydana çıxanda o qədər yaxşı oynadı ki, həqiqətən də böyük fərq yaratdı. O, artıq çox yetkin oyunçudur, lakin biz tələsmək istəmirik”.
Qeyd edək ki, 17 xalla "Barselona" 7 turdan sonra İspaniya çempionatına başçılıq edir. İkinci pillədə Kataloniya təmsilçisindən 1 xal geri qalan "Jirona" mövqe tutub.
Nihat