"Roma"nın baş məşqçisi Joze Mourinyu özünün sosial şəbəkə hesabında sirli paylaşım edib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis gözlənilmədən özünü meksikalılarla əlaqələndirib.
Kamera qarşısına kostyumda çıxan təcrübəli çalışdırıcı bu sözləri söyləyib: “Mən bunu sizə ancaq deyəcəm. Meksikanın ən yaxşı komandası məni yenicə transfer etdi”.
Maraqlıdır ki, videoda heç bir klub loqosu yoxdur.
Bu paylaşım "Roma"nın azarkeşlərini həyəcanlandırsa da, “Marca” Mourinyunun Meksika geyim brendinin səfiri olmağa hazırlaşdığını ehtimal edib.
Mirağa