PSJ-nin sabiq baş məşqçisi Kristof Qaltyenin "Olimpik Marsel"i çalışdırmaq təklifini niyə rədd etdiyinin səbəbi açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "L’Équipe" yayıb.
Xəbərə görə, Qaltye son günlərdə Marsel klubunun nümayəndələri ilə bir neçə dəfə telefonla danışıb. Klub rəhbərliyi 57 yaşlı mütəxəssisin dərhal komandanın "sükanı arxası"na keçməsini və artıq şənbə günü "olimpiyaçılar"ı “Monako” ilə oyuna çıxarmasını istəyib. Lakin Qaltye düşünmək istədiyini, tələsik addım atmağa hazırlaşmadığını vurğulayaraq təklifi geri çevirib.
Nihat