Türkiyə Super Liqasında bu mövsüm 5-ci baş məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, "Samsunspor" Hüseyin Eroğlunu istefaya göndərib.
Məlumatı klubun rəsmi saytı yayıb. Komandası hazırda sonuncu - 20-ci pillədə mövqe tutan Eroğlunun müqaviləsinə qarşılıqlı razılşma əsasında xitam verildiyi açıqlanıb.
"Samsunspor" ötən mövsüm bu mütəxəssisin rəhbərliyi altında 1-ci liqanın qalibi olmuş və 11 illik fasilədən sonra Super Liqaya yüksəlmişdi.
Qeyd edək ki, daha öncə "Başakşehir" Emre Belözoğlu, "Kayserispor" Çağdaş Atan, "Qaziantep" Erdal Güneş, "İstanbulspor" isə Fatih Tekke ilə yolları ayırıb.