Baş məşqçi Erik ten Haqla münaqişə səbəbindən "Mançester Yunayted"dən ayrılmaq üzrə olan yarımmüdafiəçi Ceydon Sanço karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Romanista" məlumat yayıb.
Mənbənin məlumatına görə, 23 yaşlı hücumameyilli "Roma"ya keçməyə yaxındır. Paytaxt klubunun baş məşqçisi Joze Mourinyu ingilis futbolçunu komandanın əsas transfer hədəfi kimi müəyyənləşdirib.
"Mançester Yunayted" Sançonu ən çox pul təklif edən kluba satmağa hazırdır. Bu baxımdan “Roma”nın yarımmüdafiəçini transfer etmək şansı az görünsə də, “canavarlar” oyunçunu icarəyə götürməyi düşünür.
"Transfermarkt" portalı ingilis futbolçunu 45 milyon avro dəyərində qiymətləndirir.
Mirağa