İngiltərənin "Çelsi" klubu yeni titul sponsoru tapıb.
Fanat.Az xəbər verir ki, "Infinite Athlete" 2023/2024 mövsümünün sonuna qədər "Çelsi"nin titul sponsoru olacaq.
Bu barədə "Evening Standard" məlumat yayıb.
Xəbərə görə, London klubu bu əməkdaşlıqdan il ərzində 43 milyon funt-sterlinq qazanacaq.
Yada salaq ki, Blues-a əvvəllər Britaniyanın telekommunikasiya və internet xidmətləri provayderi Three sponsorluq edirdi.
Mirağa