Futbol üzrə Ukrayna milli komandasının sabiq baş məşqçisi Andrey Şevçenko 2023-cü il qolf üzrə Rayder Kubokunda iştirak edib.
Fanat.Az "XSport"a istinadən xəbər verir ki, matçda tennisçi Novak Cokoviç, "Formula 1" pilotu Karlos Sayns, Uels millisinin ulduzu Qaret Beyl və digər məşhur idmançılar da iştirak ediblər.
Şevçenko ABŞ qolf turnirinin çempionu Kori Pavin ilə cütlük təşkil edib. Onlar Beyl və qolfçu Kolin Montqomeriyə 1:2 hesabı ilə uduzublar.
Cokoviç və Kip Popert Karlos Sayns-Tommaso Perrino cütlüyünü 3:1, Qaret Hilbert və Leonardo Fioravanti isə Ketrin Nyutonla Viktor Kruzdan ibarət komanda ilə 2:2 bərabərə qalıblar.
İtaliyanın paytaxtı Romada baş tutan ulduz idmançıların qatıldığı yarış oktyabrın 1-dək davam edəcək.
Qeyd edək ki, “Rayder Kuboku” kişilərdən ibarət Avropa və ABŞ komandaları arasında ikiildənbir keçirilən qolf yarışıdır.
Mirağa