"Mançester Yunayted" rəhbərliyi komandanın yarımmüdafiəçisi Hannibal Mejbri ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "qırmızı şeytanlar" "Sevilya"nın diqqət mərkəzində olan 20 yaşlı oyunçu ilə müqavilə yeniləməyi planlaşdırır. Mənbə tərəflərin yaxın günlərdə danışıqlara başlayacağını vurğulayıb.
Sözügedən oyunçunun MY ilə indiki anlaşmasının müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Müqavilədə daha 1 il müddətinə avtomatik yenilənmə barədə bənd də var.
Bu mövsüm Mançester təmsilçisinin forması ilə bütün turnirlərdə 3 oyuna çıxan Mejbri 1 qol vurub.
Nihat