"Arsenal"ın və İngiltərə yığmasının sabiq qapıçısı Devid Simen argentinalı mütəxəssis Maurisio Poçettinonun rəhbərliyi altında "Çelsi"nin inkişafından danışıb.
Fanat.Az xəbər verir ki, "Metro" onun dediklərini belə çatdırıb:
“Aston Villa" “Çelsi”ni məğlub edəndə (1:0) Poçettinonun qovulması haqda çox danışılırdı. Ancaq problem onda deyil.
Klub bossları Maurisuodan yaxa qurtarmaq qərarına gəlsələr, buna çox sevinərəm. Çünki argentinalı mütəxəssis qovulsa, "Çelsi" üçün hər şey dərhal bitəcək. O, nə qədər çox işləsə, komandası bir o qədər yaxşı olacaq. Buna heç bir şübhəm yoxdur.
Hazırda onların gənc komandası var. Düşünürəm ki, bəzi futbolçuları məcburiyyətdən oynadır. Rəhbər dəyişikliyindən sonra klubun bir neçə əməkdaşı da işdən çıxarılıb. Bu, yaxşı əlamət deyil.
"Çelsi"nin toparlanacağını, uğurlu qrafik cızacağını düşünürəm. "Arsenal" onlarla iki həftə sonra oynayacaq. "Topçular" "Çelsi" özünə gəlməmiş qələbə qazanmalıdırlar. Gələcəkdə "göylər"in indikindən çox yaxşı olacağına əminəm".
Nihat