PSJ-nin müdafiəçisi Nunu Mendeş yenidən xəsarət alıb.
Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı oyunçunun bud nahiyəsindən zədələnib.
Xəbərə görə, Mendeş təxminən 4 ay yaşıl meydanlardan kənarda qalacaq. Mənbə arxa xətt oyunçusunun Finlandiyada əməliyyat ediləcəyini vurğulayıb.
Qeyd edək ki, Mendeş PSJ-nin heyətində son matçına apreldə çıxıb. O vaxtdan bəri bir neçə dəfə zədə alan müdafiəçi bərpa prosesini uğurla keçə bilməyib.