"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Liqa Kubokunun 3-cü turunda "Lester Siti" üzərində qazandıqalrı qələbəni (3:1) şərh edib.
Fanat.Az xəbər verir ki, alman mütəxəssis "qırmızılar"ın saytına danışıb:
"Birinci hissədən sonra 0:1 hesabı ilə uduzurduq. Yenə ilk qolu rəqib vurmuşdu. Bu, xoşumuza gəlmir, amma belə alındı. Yaxşı oynamadan bir neçə qol epizodu yaratdıq, amma əla fürsətləri dəyərləndirə bilmədik: seyv, qapı tiri və daha nələr...
Belə hallarda nikbinliyi qorumaq və sadəcə, oynamaq vacibdir. Uşaqlar məhz bunu etdilər. Biz oyuna tədricən öyrəşdik və düzünü desəm, bu, ən yaxşı çıxış idi”.
Nihat