"Real Betis"in ulduz yarımmüdafiəçisi İsko karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Estadio Deportivo" yayıb.
Mənbənin məlumatına görə, onunla "İnter" maraqlanır.
İtalyanlar onu 2024-cü ilin yayında azad agent kimi almaq istəyir. “Neradzurri” ispan futbolçuya sərfəli maliyyə şərtləri təklif etməyə hazırdır.
İskonun "Real Betis"lə müqaviləsinin müddəti gələn ilin yayında başa çatır və daha bir mövsüm uzatmaq imkanı var. Betis klubu İskonu bu yay azad agent kimi sıralarına qatıb. Ulduz yarımmüdafiəçi bu mövsüm 8 matçda 1 qol vurub.
Mirağa