“Roma” “Cenoa”ya 1:4 hesablı məğlubiyyətdən sonra 5 xalla İtaliya çempionatında 16-cı pillədə qərarlaşıb.
Fanat.Az "Football İtalia"ya istinadən xəbər verir ki, bu, baş məşqçi Joze Mourinyunun karyerasında ən pis startdır.
Portuqaliyalı mütəxəssis mövsümə heç vaxt belə pis başlamayıb. Onun üçün ən pisi 2015/16 mövsümü olub, ancaq o zaman "Çelsi" ilə ilk 6 turda 7 xal toplayıb.
Hazırda “Roma”nın cəmi bir qələbəsi (autsayder “Empoli” üzərində), iki heç-heçə və üç məğlubiyyət var. Bununla belə, komanda Avropa Liqasına “Şerif” üzərində qələbə ilə başlayıb.
Mirağa