Fransanın "Nitsa" klubunun futbolçusu Aleksis Beka-Beka intihara cəhd edib.
Fanat.Az "RMC Sport" istinadən xəbər verir ki, təhlükəsizlik əməkdaşları Manyan körpüsünün üstünə çıxaraq özünü atacağını bildirən və bir neçə saat orada qalan 22 yaşlı yarımmüdafiəçinin həyatını qurtarıblar.
Onun hansı səbədən həyatına son qoymaq qərarına gəldiyi barədə məlumat yoxdur.
Qeyd edək ki, Beka-Beka Liqa 1 təmsilçisinə ötən il Rusiyanın "Lokomotiv" klubundan keçib.