"Tottenhem"in baş məşqçisi Angelos Postekoğlu "Liverpul" azarkeşi olduğunu etiraf edib.
Fanat.Az xəbər verir ki, "Football London" yunan əsilli avstraliyalı mütəxəssisin dediklərini belə çatdırıb:
"70-ci illərdə Avstraliyada iki İngiltərə klubundan birini seçmək imkanımız var idi. Çünki yalnız "Liverpul" və "Mançester Yunayted"in oyunlarını göstərirdilər. İki dostum "Yunayted"i seçmişdi. Mən isə "Liverpul"a azarkeşlik etmək qərarına gəldim".
Qeyd edək ki, "Tottenhem" sabah İngiltərə Premyer Liqası çərçivəsində "Liverpul"u qəbul edəcək.
Nihat