"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino klub rəhbərliyi ilə münasibətlərindən və qış planlarından danışıb.
Fanat.Az xəbər verir ki, onun dediklərini jurnalist Ben Ceykobs şəxsi "Twitter" hesabı üzərindən belə çatdırıb:
“Klubun sahibi və idman direktorları ilə münasibətimiz çox yaxşıdır. Yay transfer pəncərəsi bağlananda dedim ki, bu yöndə daha fəal olmalıyam.
Yanvarda nəyə ehtiyacımız olacağını indidən müəyyənləşdirməyə çalışıram. Hansı futbolçularla güclənməli olduğumuzu götür-qoy edirəm. Əlbəttə, komandanın daha çox qol vurması üçün Broya və Nkunkunun da bərpa olunmasına səy göstərməliyik".
Qeyd edək ki,İngiltərə Premyer Liqasının ilk 6 turunda 5 xal toplaya bilən “Çelsi” hazırda turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Nihat