"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "qırmızı şeytanlar"ın hücumçuları Antoni ilə Ceydon Sançonun qalmaqallarını müqayisə edib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano niderlandlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Bu problemlərin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Bir münaqişə daxili, digəri isə xaricidir”.
Ten Haqın bu müqayisəsi təsadüfi deyil: mətbuat Entoninin soruşdurması davam edən məişət zorakılığı qalmaqalına baxmayaraq, onu "qırmızı şeytanlar"ın ümumi məşq qrupuna qaytarmasına, Sançonu isə hələ də bağışlamamasına irad bildirir.
Qeyd edək ki, Sanço baş məşqçisini açıq şəkildə tənqid etdiyi üçün "Mançester Yunayted"in əsas heyətindən uzaqlaşdırılıb.
Mirağa