Fransa "Lion"undan ayrıldıqdan sonra azad agent statusunda olan təcrübəli alman müdafiəçi Jerom Boatenq karyerasını "Real Madrid"də davam etdirmək istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Mənbənin məlumatına görə, 35 yaşlı futbolçu öz xidmətlərini “kral klubu"nun prezidenti Florentino Peresə təklif edib. Madridli funksionerin buna reaksiyası hələlik məlum deyil.
Xatırladaq ki, Jerom 2021-2023-cü illərdə "Olimpik Lion"un rənglərini qoruyub. O, ötən mövsüm 8 matçda meydana çıxıb və qol vurmayıb.
Mirağa