"Sassuolo"nun yarımmüdafiəçisi Domeniko Berardi "Yuventus"un "radar"ında qalmaqdadır.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, italiyalı futbolçu hələ də "qoca sinyora"nın maraq dairəsindədir.
Massimiliano Alleqrinin komandası Berardini almaq üçün yanvar transfer pəncərəsində daha bir cəhd edəcək. Halbuki, "Sassuolo" yayda onun üçün təxminən 35 milyon avro tələb edərək, bu yolla liderini buraxmaqdan imtina etmişdi.
Xatırladaq ki, Berardi bir müddət əvvəl İtaliya A Seriyasının matçında “Yuventus”a qol vurmuşdu. 29 yaşlı yarımmüdafiəçi artıq 4 çempionat matçında 4 qol vurub və bir məhsuldar ötürmə edib.
Mirağa