"İnter Mayami"nin hücumçusu Lionel Messi "Real Madrid"in sabiq baş məşqçisi, əfsanəvi Zinəddin Zidanla görüşüb.
Fanat.Az xəbər verir ki, onların görüşündə Amerika klubunun sahibi Devid Bekhem də olub.
Komandanın paltardəyişmə otağında onlarla birlikdə foto çəkdirən argentinalı futbolçu ulduz "üçlüy"ün şəklini sosial şəbəkə hesabında paylaşıb.
Xatırladaq ki, Zizu ABŞ kubokunun final oyununda, "İnter Mayami"nin "Hyuston Dinamo"ya məğlub olduğu (1:2) matçda iştirak edib. Messi zədə səbəbindən qarşılaşmada iştirak etməyib.
Lionel Florida komandasına ötən yay keçərək klubla 2025-ci ilin sonuna qədər müqavilə imzalayıb.
Mirağa