Bosniya və Hersoqovina yığmasının baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, vakant posta Savo Miloşeviç təyin edilib.
Yerli federasiyanın rəsmi saytı xəbəri təsdiqləsə də, müqavilənin detalları açıqlanmayıb.
Miloşeviç daha əvvəl Serbiyada “Partizan”, Sloveniyada “Olimpiya” kimi klublarda çalışıb.