Niderland çempionatının yeddinci turu çərçivəsində "Valveyk" öz meydanında "Ayaks"ı qəbul edib.
Fanat.Az xəbər verir ki, oyunun 83-cü dəqiqəsində qonaqların futbolçusu Brayan Brobbi “Valveyk”in qapıçısı Etyen Vaesse ilə toqquşub.
Bu epizod nəticəsində qapıçı huşunu itirib, həkimlər onun həyatını xilas etmək üçün mübarizə aparıblar. Daha sonra qapıçı xəstəxanaya aparılıb. Hələlik durumu qeyri-müəyyən olaraq qalır.
Qarşılaşma başa çatmayıb və hər iki komandanın futbolçuları göz yaşları içərisində paltardəyişmə otağına yollanıblar.
Oyun yarımçıq dayandırılarkən hesab 3:2 “Ayaks”ın xeyrinə olub.
Mirağa