“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqiblərindən "Molde" Norveç çempionatında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda 24-cü tur çərçivəsində doğma meydanda “Vikinq”lə qarşılaşıb.
Görüş “Molde”nin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Molde" hazırda 44 xalla 5-ci pillədə qərarlaşıb.