"Barselona"nın baş məşqçisi Xavi Kataloniya təmsilçisinin onun rəhbərliyi altında keçirdiyi ən yaxşı oyundan danışıb.
Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssisin dediklərini "Mundo Deportivo" belə çatdırıb:
"Real Madrid”lə Superkubok oyununu fərqləndirərdim. Əsas rəqibizi üstələdik və ilk titulumuzu qazandıq. Həmin matç bizim oyun ideyamızı mükəmməl şəkildə əks etdirir”.
Xatırladaq ki, “Barselona” İspaniya Superkubokunda “Real Madrid”ə 3:1 hesabı ilə qalib gəlib. Həmin görüşdə kataloniyalıların qollarını Qavi, Robert Levandovski və Pedri vurub. Paytaxt təmsilçisində isə hazırda "Əl-İttihad"ın formasını geyinən Kərim Benzema fərqlənib.
Cari mövsümünün ilk səkkiz turunda 20 xal toplayan "Barselona" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Blauqrana" lider "Real"dan 1 xal geri qalır.
Nihat