"Real Madrid"in sabiq futbolçusu Alfonso Peres qadın və kişi futbolunun müqayisə olunmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun dediklərini belə çatdırıb:
"Mənim bu barədə yetərincə ziddiyətli fikrim var. Qadınların uzun illərdir ki, öz üstünlüklərinin və hüquqlarının olması çox yaxşı haldır. Amma məncə, qadın futbolu ilə kişi futbolunu müqayisə etmək olmaz. Çünki qadın futbolunun gətirdiyi gəlir və medianın onların oyununa nə dərəcədə maraq göstərməsi göz önündədir. Burada heç bir müqayisə yoxdur. Əminəm ki, qadın futbolçular da millinin futbolçuları kimi pul almaq istərdilər, amma ala bilmirlər.
Kaş ki, Kriştianu Ronaldu qədər maaş alaydım, amma mən onun qədər yaxşı deyiləm. Onunku vergidir. Hər kəs öz yerini bilməlidir. Qadınlar şikayət edə bilməzlər. Qadın futbolu inkişaf edir, lakin onlar ayaq üstə möhkəm dayanmalı və anlamalıdırlar ki, heç vaxt özlərini kişi futbolçu ilə müqayisə etməməlidirlər".
Nihat