"Bayern Münhen" Çempionlar Liqasının 2-ci turunun oyununa - "Kopenhagen"lə səfər matçına Jerom Boatenqsiz çıxacaq.
Fanat.Az "Sky Sport Germany"yə istinadən xəbər verir ki, Almaniya nəhəngi təcrübəli müdafiəçini Danimarkaya aparmayacaq.
Xəbərə görə, Jerom komandanın son məşqlərində yaxşı təsir bağışlasa da, baş məşqçi Tomas Tuxel onun oktyabrın 5-nə qədər fərdi məşq etməsini uyğun sayıb.
Xatırladaq ki, Boatenq Almaniya millisinin heyətində DÇ 2014-ün qalibi olub. "Bayern"də 10 il oynayandan sonra - 2021-ci ildə "Olimpik Lion"a keçən 35 yaşlı futbolçu bu ay geri qayıdıb.
Nihat