"Yuventus"un hücumçusu Duşan Vlahoviç İtaliya çempionatının 8-ci turu çərçivəsində "Torino" ilə oyunu buraxacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "TuttoJuve" məlumat yayıb.
Komandanın bombardirinin belində problem var və meydana çıxması böyük sual altındadır. Bu səbəbdən o, “Atalanta” ilə oyunu (0:0) da buraxıb. Eyni zamanda, digər hücumçu Arkadiuş Milikin də derbidə iştirak edib-etməyəcəyi bilinmir. Zədəli futbolçu bərpa prosesi keçir.
Vlahoviç ardıcıl ikinci mövsümdür "Yuventus"un bombardiridir. 23 yaşlı hücumçu cari mövsümdə A Seriyasında 6 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Yuventus" - "Torino" matçı oktyabrın 7-də baş tutacaq.
Mirağa