"Çelsi" klubu qış transfer pəncərəsi üçün əsas hədəflərini müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, London klubunun yanvar ayı üçün prioriteti qolçu hücumçu transfer etməkdir.
Məlumatı "The Guardian" yayıb.
Mənbənin məlumatına görə, İngiltərə nəhəngi iki hücumçudan biri ilə güclənmək istəyir. Söhbət "Napoli" rəhbərliyi ilə münasibətləri korlanan Viktor Osimhenlə "Brentford"un forvardı İvan Toneydən gedir.
"Çelsi"nin A Seriyasının əsas ulduzuna görə 170 milyon avro ödəməyə hazır olduğu vurğulanır ki, bu da dünya futboluna ən bahalı 5 transferdən biri kimi düşə bilər. Ümumiyyətlə, "zadəganlar"ın qış alış-verişinə 200 milyon avrodan çox büdcə ayırdığı bildirilir.
Mirağa