"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti xorvatiyalı yarımmüdafiəçi Luka Modriçlə aralarındakı münaqişə ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Relevo" italyan məşqçinin Modriçi niyə oynatmaması barədə açıqlamasını belə çatdırıb.
“O, "Atletiko" ilə derbidə şans qazandı. Son qarşılaşmalarda oynatmadım, çünki indi yarımmüdafiədə çox yüksək rəqabət var. Heç bir problem və ya münaqişədən söhbət gedə bilməz. Qarşılıqlı hörmət var, amma seçimi mən edirəm. Onun ehtiyatda qalması sadəcə, taktika ilə bağlıdır.
Bizim yeddi yarımmüdafiəçimiz var və yalnız dördü oynaya bilər. Mən meydana beşini buraxa bilərəm, amma onda da siz dörd yarımmüdafiəçi ilə daha yaxşı olduğunu deməyə başlayacaqsınız".
Qeyd edək ki, bu mövsüm "Real"da az şans qazanan Modriçin "İnter Mayami"yə keçidi gündəmdədir. Transferin yanvarda mümkün olacağı güman edilir.
Mirağa