“Əl İttihad” Asiya Çempionlar Liqasında İranın “Sepahan” komandası ilə səfər matçında meydana çıxmaqdan imtina edib.
Fanat.Az insayder Əhməd Əl-Omrana istinadən xəbər verir ki, buna səbəb İran klubunun stadionunda məşqçi skamyalarının arasında yerləşən Qasım Süleymaninin büstüdür.
Süleymani hərbçi, general-leytenant və İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" xüsusi bölməsinin mərhum komandiridir. Həmas və Hizbullaha hərbi dəstək verən və Suriya müharibəsi zamanı hökumətə yardım edən Süleymani 2011-ci ildə ABŞ tərəfindən terorçu elan edilib. O, Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə sui-qəsd hazırlamaqda ittiham edilib. 2020-ci ilin əvvəlində İraqda sui-qəsd nəticəsində öldürülüb.
Beləliklə, "Əl İttihad"a texniki məğlubiyyət verilə bilər.
Mirağa