UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Qalatasaray"a 2:3 hesabı ilə uduzan "Mançester Yunayted" 37 ildən sonra antirekordunu təkrarlayıb.
Fanat.Az "Red Vlog"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 1986-cı ildən bəri ilk dəfə bir mövsümdə çıxdığı ilk 10 oyunun 6-da yenilgi ilə üzləşib.
Qeyd edək ki, ÇL-in A qrupunda keçiridiyi ilk oyunda "Bayern Münhen"ə də 3:4 hesabı ilə məğlub olan MY qrup sonuncusudur.