"Portu"nin baş məşqçisi Serjiu Konseysau Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun oyununu - "Barselona"ya evdə 0:1 hesabı ilə uduzduqları matçı şərh edib.
Fanat.Az xəbər verir ki, AS onun dediklərini belə çatdırıb:
"Futbolçuların mübarizə əzmi ilə qürur duyuram. Sonadək oynadıq, hesabı bərabərləşdirməyə çalışdıq. Oyunboyu ritmdən düşməmək böyük şərtdir. Üzücü məqam onların ilk yarının sonunda qol vurmasıdır. Daha diqqətli olmaq lazım idi. İndi bizə irəli baxmaq qalır.
Referi Teylor? Bu barədə artıq üç və ya dörd açıqlama vermişəm. Biz rəqibdən daha artığına qarşı mübarizə aparırdıq. Məncə, bunu demək kifayət edir".
Qeyd edək ki, dünənki hakim bir neçə epizodda "Barselona"nın qapısına penalti təyin edə bilərdi. Eləcə də "Portu"nun forvardı Mahdi Tareminin aşırma zərbə ilə vurduğu baxımlı qol mübahisəli ofsayd qərarı ilə qeydə alınmayıb.
Nihat